Yaponiya hökuməti Şimali Koreyaya qarşı sanksiyaları daha iki il uzatmaq qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Nazirlər Kabinetinin Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
“Biz bu qərarı Yaponiya vətəndaşlarının oğurlanması və Şimali Koreyanın nüvə raket proqramı kimi həll olunmamış problemlərin hərtərəfli həlli üçün hər cür səy göstərmək niyyətimizə əsaslanaraq qəbul etdik. Tokionun məhdudlaşdırıcı tədbirləri, həmçinin Şimali Koreya gəmilərinin, eləcə də əvvəllər bu ölkənin limanlarına səfər etmiş gəmilərin Yaponiya limanlarına daxil olması da qadağalara aiddir”, – baş katib əlavə edib.