“Yaponiya Suriyaya qarşı sanksiyaları qismən ləğv etmək qərarına gəlib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə hökumət məlumat yayıb.
Yaponiya Nazirlər Kabinetinin katibi Yoşimasa Hayaşi mətbuat konfransında deyib: “Biz Suriyanın beynəlxalq ictimaiyyətlə birlikdə sülh və sabitliyə doğru müsbət səylərini dəstəkləmək və Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına kömək etmək üçün dörd bank üzərindəki sanksiyaları ləğv etmək qərarına gəldik”.
Yaponiya hökumətinin bəyanatında əlavə edilib ki, Suriya Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı və Kənd Təsərrüfatı Kooperativ Bankına qarşı sanksiyalar ləğv edilir.