Xəbərlər

Yaponiya və ABŞ hərbi təlimlər keçirəcək

Yaponiya Silahlı Qüvvələri gələn ay ABŞ Dəniz Piyadaları Korpusu ilə genişmiqyaslı “Qətiyyətli Əjdaha” təlimləri keçirəcək. Təlimlər raket sistemlərindən istifadə etməklə, xüsusən də Okinavanın cənub prefekturasının adalarını, cənub-qərbdəki Kyuşu adasını və Yaponiyanın şimalındakı Rusiyaya bitişik Hokkaydo adasını əhatə edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya ordusunun komandanlığı bildirib.

Qeyd edilib ki, manevrlər sentyabrın 11-dən 25-dək baş tutacaq.

Təlimlərdə Yaponiyanın 12 min quru qoşunu, təxminən 1900 ABŞ dəniz piyadası və digər şəxsi heyət iştirak edəcək və raket sistemlərindən istifadə etməklə canlı atəş təlimləri keçiriləcək.