Xəbərlər

Yaponiya və ABŞ ikitərəfli ittifaqı gücləndirmək barədə razılığa gəlib

Yaponiyanın müdafiə naziri Gen Nakatani amerikalı həmkarı Pete Heqset ilə telefon danışığı aparıb və danışıqlar zamanı tərəflər ikitərəfli müdafiə ittifaqını gücləndirmək əzmlərini bir daha təsdiqləyiblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə jurnalistlərə Yaponiya müdafiə departamentinin rəhbəri məlumat verib.

“Biz Yaponiya-ABŞ müttəfiqliyinin çəkindirici potensialını gücləndirmək əzmində olduğumuzu bir daha təsdiqlədik”, – Nakatani bildirib.

Nakatani həmçinin qeyd edib ki, tərəflər ən qısa zamanda şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.