Xəbərlər

Yaponiya və ABŞ-ın XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə edib

“Yaponiyanın xarici işlər naziri Takesi İvaya və ABŞ dövlət katibi Marko Rubio Avstraliya, Hindistan, Cənubi Koreya və Filippin də daxil olmaqla tərəfdaşlarla həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın vacibliyini bir daha təsdiq ediblər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi ABŞ-da keçirilən görüşdən sonra məlumat yayıb.

“Nazirlər Yaponiya-ABŞ müttəfiqliyinin çəkindirmə və reaksiya imkanlarını gücləndirmək üçün əməkdaşlığı inkişaf etdirəcəkləri barədə razılığa gəliblər. Tərəflər Yaponiya-ABŞ-Hindistan-Avstraliya (QUAD), Yaponiya-ABŞ-Cənubi Koreya və Yaponiya-ABŞ-Filippin formatlarında əməkdaşlığın gücləndirilməsinin vacibliyini təsdiqləyiblər “, – məlumatda bildirilib.