“Yaponiya hökuməti münasibətlərdəki çətin vəziyyətə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi bağlamaqda qərarlıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) illik hesabatında bildirilib.
“Hökumət dörd şimal adasının mülkiyyət məsələsinin həlli və sülh müqaviləsinin bağlanması siyasətinə sadiq qalmağa davam edəcək”, – sənəddə qeyd olunub.