“Yaponiya hesab edir ki, Avropa və Asiyanın təhlükəsizliyi bölünməzdir, ona görə də NATO ilə əməkdaşlığın əhəmiyyəti getdikcə artır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) illik hesabatında bildirilib.
“NATO-nun Hind-Sakit okean regionuna artan marağını nəzərə alaraq, Avro-Atlantik və Hind-Sakit Okean regionu təhlükəsizliyinin bölünməzliyini dərk etməklə Yaponiya ilə NATO arasında əməkdaşlığın əhəmiyyəti artır”, – hesabatda qeyd olunub.