“Ukrayna hakimiyyəti öz vəziyyətini etiraf etməli, aqressiv ritorikadan əl çəkməli və İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın yaşadığı taleyi təkrar yaşamamaq üçün Rusiya ilə danışıqlara razılıq verməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya parlamentinin yuxarı palatasının üzvü deyib.
“Mən Ukraynanın Yaponiyanın taleyini təkrarlamasını istəmirəm. Ukrayna öz mövqeyini anlamalı, yersiz bəyanatlardan çəkinməli, sakit və ardıcıl danışıqlar aparmalıdır”, – nümayəndə əlavə edib.



