Xəbərlər

Yaşar Gülər: Britaniya və İspaniya “Eurofighter”lərin Türkiyəyə satılması barədə razılığa gəlib

“Britaniya və İspaniya “Eurofighter” təyyarələrinin Türkiyəyə satılmasının əleyhinə deyil, lakin Almaniya hələdə buna qarşı çıxır”.

“Füyuzat”ın məlumatına görə, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

“Eurofighter təyyarələriniin alınması mövzusu yeni mövzu deyil. Əlbəttə, biz alternativləri araşdırırıq və tərəfdaşlarla danışıqlar aparırıq. Eurofighter çox yaxşı alternativdir. Bizim bu texnikalara ehtiyacımız var və onları almaq istəyirik. İspaniya və Böyük Britaniyanın buna heç bir etirazı yoxdur. Almaniyalı tərəfdaşlarımız isə bundan imtina etdiyini açıq şəkildə bildirmir. Amma təsdiq də etmirlər. Ümid edirəm ki, bu məsələ sonda həllini tapacaq”, – nazir qeyd edib.

“Almaniyanın səbəbləri başqadır. Biz sizin tərəfdaşlarınız və müttəfiqlərinizik. Müdafiə sənayemiz o qədər inkişaf edib ki, bəlkə sabah biz sizə silah satacağıq. Amma biz sizin kimi davranmayacağıq”, – Gülər əlavə edib.

Həmçinin nazir Birləşmiş Ştatlardan F-16 döyüş təyyarələrinin satın alınması məsələsinə də toxunub: “ABŞ Konqresindən razılıq alınmayıb. Bu müqavilənin taleyi ilə bağlı narahat olmağa heç bir əsas görmürəm. Bizim fikrimizcə, heç bir problem yoxdur. Sonda məsələ həll olunacaq”.