Məlum olduğu kimi, 2026–2027-ci tədris ili üçün məktəbəhazırlıq qrupları üzrə 10 iyuldan etibarən başlamış qeydiyyat prosesi çərçivəsində məktəb seçiminə 21 iyul tarixindən start verilir.
Təhsil eksperti Ruslan Bayramlının “Füyuzat”a bildirdiyinə görə, valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər.
Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı vasitəsilə həyata keçirilir və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.
MÜTDA-nın məlumatına əsasən, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.



