“Ukrayna hakimiyyəti ikitərəfli münasibətləri qorumaq üçün ABŞ-la istənilən yerdə təmasları davam etdirməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak deyib.
Ciddədə Amerika nümayəndə heyəti ilə danışıqlardan sonra Yermak təmasların davam etdiriləcəyinə ümid etdiyini bildirib.
“Əlbəttə, biz Allahın izini ilə ABŞ-da, Ukraynada və başqa yerlərdə görüşəcəyik. Onlar bizi yenidən Səudiyyə Ərəbistanına dəvət edəcəklər və biz də orda olmaqdan şad olacağıq”, – Yermak vurğulayıb.