Xəbərlər

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib

Yunanıstanın Peloponnes yarımadasının qərbində 5,7 bal gücündə zəlzələ baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat verib.

Afina Geodinamik İnstitutu zəlzələnin yerin 18 kilometr dərinliyində olduğunu açıqlayıb.

Qeyd edək ki, Zəlzələdən sonra 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Hər hansı dağıntı qeydə alınmayıb.