Xəbərlər

Zahid Oruc MİMTA Fondunun qonağı olub

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun və “FÜYUZAT tv”nin qonağı olub, Fondun idarə heyəti ilə görüş keçirilib.

Görüşdə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və STM-in sektor müdiri, “FÜYUZAT tv”nin aparıcısı Tural İsmayılov iştirak edib.

Görüş zamanı Azərbaycanda ictimai-siyasi fikrin formalaşmasında medianın rolundan, tarixi və milli dəyərlərimizin təbliğindən danışılıb.

MİMTA Fondunun yaranmasından və həyata keçirdiyi layihələrdən, eyni zamanda “Füyuzat” jurnalı, onun tarixi və bugünkü fəaliyyətindən geniş məlumat verilib. Bundan sonrakı hədəf və məqsədlər, MİMTA Fondunun milli dəyərlərin təbliği isitqamətində atılacaq addımlarından danışılıb.

Öz növbəsində Zahid Oruc MİMTA Fonduna, “Füyuzat” jurnalına və “FÜYUZAT tv”yə fəaliyyətində uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.