“Ukrayna 10 ədəd “Patriot” zenit-raket kompleksi üçün 15 milyard ABŞ dolları ödəməyə hazırdır, lakin Vaşinqton bu sistemləri satmaqdan imtina edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsində bildirib.
“Bizə bəzi şəhərləri bağlamaq üçün ən azı 10 ədəd “Patriot” sistemi lazımdır. Sistemləri ABŞ-dan almağa hazırıq. Bu sistemin dəyəri 15 milyard dollardır. Ödəniş etməyə hazırıq”, – Zelenski qeyd edib.