“Ukraynanın NATO-ya qəbul olunmayacağı təqdirdə Kiyevin 1 milyon nəfərə çatdırmağı planlaşdırdığı Ukrayna Silahlı Qüvvələrinin (AFU) saxlanmasını Avropa ölkələri öz üzərinə götürməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
“Bizim 800 min nəfərlik canlı qüvvəmiz var, əgər NATO-ya qəbul yoxdursa, o halda heç bir təhlükəsizlik zəmanəti və ya xarici kontingent təhlükəsizliyimiz üçün əsas deyil. Bizim milyonlarla ordumuz olmalıdır. Əgər Avropa deyirsə ki, Ukrayna təkcə özünü deyil, həm də Avropanın dəyərlərini müdafiə edir, o zaman onlar bu orduya dəstək olmalıdırlar”, – məlumatda bildirilib.