Ukrayna prezidenti Volodimir Zelenski Məhəmməd bin Salman Əl-Səud ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
“Mən məhbusların azad edilməsinin və uşaqlarımızın geri qaytarılmasının vacibliyini xüsusilə vurğuladım. Bu, diplomatik səylərdə etimadın yaradılmasında mühüm addım ola bilər. Vəliəhd şahzadə Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunması üçün səylər göstərir. Səudiyyə Ərəbistanı diplomatiya üçün çox mühüm platforma təklif edir və biz bunu yüksək qiymətləndiririk”, – Zelenski bildirib.