“Yaxın Şərqdə münaqişənin kəskinləşməsi Qərbin diqqətini Ukraynadan yayındıracaq və Kiyevə, xüsusən də ABŞ-dan yardımın azalmasına gətirib çıxaracaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində deyib.
“Bu, böyük problemdir. Siyasi diqqət dəyişir, bu, tamamilə aydındır. Və o deməkdir ki, tərəfdaşların, ilk növbədə ABŞ-ın Ukraynaya olan yardımları azala bilər. Mən, həqiqətən, bunu istəməzdim. Amma biz artıq bunu hiss edirik. Qərbin hərbi yardımı olmasa, Ukrayna üçün çətin olacaq”, – prezident əlavə edib.