“Meta”nın həmtəsisçisi və baş direktoru Mark Zukerberq cümə axşamı Ağ Evi ziyarət edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Associated Press” məlumat yayıb.
O, Ağ Evdə ABŞ-ın texnoloji liderliyi, onun qorunması və Birləşmiş Ştatlardan kənarda təşviqini müzakirə edib.
Məlumatda bildirilib ki, “Meta”nın baş direktoru ABŞ administrasiyasına xaricdə Amerikanın texnoloji liderliyini qorumaq və inkişaf etdirməkdə necə kömək edə biləcəyini izah edib.