Xəbərlər

2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı II infosessiya keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü ilin qrant müsabiqələrinin aparılması qaydaları ilə bağlı II infosessiya keçirilib.

“Füyuzat”ın məlumatına görə, Bakı Biznes Mərkəzində təşkil edilən görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş üzrə məsul nümayəndəsi Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov və 90 QHT nümayəndəsi iştirak edib. 

Görüşdə qrant müsabiqələri ilə əlaqədar QHT-ləri maraqlandıran suallar cavablandırılıb, müvafiq izahat işləri aparılıb.

Ötən həftə və bu gün keçirilmiş infosessiyalarda ümumilikdə 180 QHT təmsilçisi iştirak edib. İnfosessiyaların müxtəlif formatlarda davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, görüşdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) nümayəndəsi, fondun icraçı direktorunun müavini Kənan Şəbiyev də iştirak edib.