“Avropa İttifaqı (Aİ) ölkələri dünyada təsirini saxlamaq və Hind-Sakit okean regionunda ölkələrin artan imkanlarını tarazlaşdırmaq üçün Afrika dövlətləri ilə sıx əməkdaşlıq etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Rangel deyib.
“Hind-Sakit okean regionuna doğru keçidi nəzərə alsaq, Avropa və Afrika qlobal kontekstdə yalnız birlikdə və bərabərhüquqlu hərəkət etdikdə əsas rol oynayacaqlar. Dünyada başqa bir güc mərkəzi yaratmaq üçün real imkan var və bu Hind-Sakit Okean bölgəsində əlavə olaraq, Afrika və Avropa arasında güclü ittifaqın yaranmasıdır”, – Rangel bildirib.
Nazir vurğulayıb ki, yalnız Afrika ölkələri ilə sıx əməkdaşlıq sayəsində Aİ gələcəkdə mümkün çağırış və təhdidlərin öhdəsindən gələ biləcək.