Xəbərlər

Kanadanın xarici işlər naziri Çinə səfər edəcək

Kanadanın xarici işlər naziri Melani Coli 18-20 iyul tarixlərində Çinə səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Cian bildirib.

Məlumatda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yinin dəvəti ilə Kanadanın xarici işlər naziri Melani Colinin Çinə səfər edəcəyi söylənilib.