Xəbərlər

İsrail parlamenti Fələstin dövlətinin yaradılmasına qarşı səs verib

İsrail parlamenti 120 səsdən 68 səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasına qarşı bəyannaməni təsdiq edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ynet portalı məlumat yayıb.

Bir qrup parlamentari tərəfindən irəli sürülən sənəddə qeyd edilir ki, Fələstin dövlətçiliyi İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq, münaqişəni davam etdirəcək və regionda sabitliyi pozacaq.