Xəbərlər

Ermənistanda hərbi helikopter qəzaya uğrayıb, iki pilot həlak olub

Ermənistanda iyulun 19-da səhər saatlarında hərbi helikopter qəzaya uğrayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, helikopter Kotayk vilayətinin Yeqvard rayonu ərazisində qəzaya uğrayıb. Kabinədə iki pilotun cəsədi tapılıb.