Ermənistanın Baş naziri Nikol Paşinyan Blenhaym sarayında Almaniya Federativ Respublikasının kansleri Olaf Şolzla görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Hetq” nəşri məlumat verib.
Həmsöhbətlər Ermənistan və Almaniya arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıblar.
Ermənistanla Azərbaycan arasında sülh prosesinə də toxunulub. Paşinyan sərhədlərin delimitasiyası prosesi və regional infrastrukturların blokdan çıxarılması imkanları ilə bağlı Ermənistan tərəfinin mövqelərini təqdim edib.