Xəbərlər

Xəzər dənizində birgə axtarış-xilasetmə təlimi başlayıb

İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanması tərəfindən təşkil edilən təlimlərdə Xəzər dənizinin bütün beş sahilyanı dövləti iştirak edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Təlim regional əməkdaşlığı genişləndirmək və iştirakçı dövlətlərin axtarış-xilasetmə əməliyyatlarının aparılmasına hazırlığını artırmaq məqsədi daşıyır.

Bu təlimdə İranın müxtəlif tipli gəmiləri, o cümlədən Paykan, Coşan, Dərəfş və Separ raket qayığı, həmçinin iki AB 212 helikopteri və İran İnqilabı Keşikçiləri Korpusunun Şəhid Bəsir adlı dəniz bölməsi iştirak edəcək.

Təhlükəsizlik və xilasetmə təlimlərində Rusiyanın SB 45 gəmisi də iştirak edəcək.