Xəbərlər

Çində antiterror təlimləri keçirilib

Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin kəşfiyyat xidmətlərinin informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə “Qarşılıqlı fəaliyyət – Antiterror – 2024” adlı birgə təlimləri keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ŞƏT-in Regional Antiterror Strukturunun (RATS) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təlimin məqsədi terror aktı törədildikdə ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli orqanlarının birgə fəaliyyətləri üçün xüsusi antiterror bölmələrini hazırlamaqdır.