Xəbərlər

Pakistan BMT-nin qərarını dəstəkləyib

Pakistan Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin işğal olunmuş Fələstin ərazilərində mövcudluğunu davam etdirməsini qeyri-qanuni elan edən qərarını dəstəkləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilib ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) məhkəməsinin qərarında İsrailin işğala son qoyması, Fələstinin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi və yeni bir dövlətin yaradılması nəzərdə tutulub.