Xəbərlər

İsrail istənilən ABŞ Prezidenti ilə işləyəcəyini bildirib

“İsrail istənilən ABŞ Prezidenti ilə işləyəcək. Biz vitse-prezident Kamala Harris və keçmiş Prezident Donald Trampla əla münasibətlərə malikik”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halper deyib.

“Tramp prezident olanda bizim ABŞ-la əla münasibətlərimiz var idi, indi Co Baydenin rəhbərliyi altında münasibətlərimiz davam edir, həmçinin vitse-prezident Kamala Harrislə də çox yaxın və yaxşı münasibətlərimizin olduğunu deyə bilərik”, – Halper söyləyib.