Xəbərlər

Fariz İsmayılzadə: Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır

Təhsil sistemi cəmiyyətdəki texnoloji dəyişikliklərdən geri qalır.

“Füyuzat” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fariz İsmayılzadə Bakıda keçirilən CAMCA 2026 Regional Forumu çərçivəsində təşkil olunmuş panel müzakirəsində bildirib.

O vurğulayıb ki, təhsil sisteminin qarşısında üç əsas problem dayanır.

Birincisi – əmək bazarında tələb olunan mütəxəssislərin hazırlığını necə təmin etməkdir.

İkinci çağırış olaraq deputat texnologiyaların sürətli inkişafını və onların, xüsusən də süni intellekt texnologiyalarının təhsil prosesinə inteqrasiyasını qeyd edib.

“Bu gün süni intellekt bir çox prosesləri – imtahanların formatını, biliklərin qiymətləndirilməsi, tədris prosesini dəyişir. O, müəyyən çağırışlar yaradır, lakin eyni zamanda potensial olaraq yeni imkanlar açır”, – İsmayılzadə deyib.

O, həmçinin böyük verilənlər və süni intellekt daxil olmaqla yeni texnologiyaların səmərəli tətbiqinin, eləcə də təhsil prosesində kibertəhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, üçüncü çağırış qloballaşma və qərbləşmə şəraitində milli kimliyin, mədəniyyətin və dilin qorunub saxlanılmasıdır.

O, həmçinin qeyd edib ki, gənc nəsil ingilis dilində sərbəst danışa bilər, lakin bununla belə öz mədəniyyətini kifayət qədər yaxşı bilməyə bilər.