İngiltərədə Fələstinə dəstək verən qrup Xarici İşlər Nazirliyinin (XİN) girişini bağlayaraq, İngiltərənin İsrailə silah satışını dayandırmasını tələb edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, etirazçılar “Bir ömür boyu Fələstin azad”, “Yaxın Şərqdən əllər çəkilsin”, “Devid Lemmi, biz səndən utanırıq”, kimi şüarlar səsləndirb, eyni zamanda “İngilis soyqırımı”, “Dərhal atəşkəs”, “İşğala son”, “İsraili silahlandırmaqdan əl çək” və s. kimi yazılı plakatlar da qaldırıblar.