Xəbərlər

İran Prezidenti Netanyahunu tənqid edib

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Günahsız insanların və müdafiəsiz uşaqların qətlinə göz yummaq olmaz”, – deyə siyasətçi çağırış edib.