Xəbərlər

Çin ABŞ-dan nüvə silahlarını Avropadan çıxarmağı tələb edib

Çin hakimiyyəti ABŞ-ın Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) pozmasını qəbuledilməz hesab edib və müvafiq Amerika silahlarının Avropa ərazisindən çıxarılmasını tələb edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq bildirib.

“ABŞ-ın nüvə silahlarının onlara malik olmayan NATO üzvlərinin ərazisinə yerləşdirilməsi və silahların bu dövlətlərin döyüş təyyarələri tərəfindən çatdırılmasına icazə verilməsi müqavilənin açıq şəkildə pozulmasıdır”, – Mao Ninq söyləyib.