Xəbərlər

Ermənistan və Türkiyə emissarları sərhəddə görüşəcəklər

Ermənistanın xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç iyulun 30-da iki respublikanın sərhədində, İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə etmək üçün görüş keçirəcəkləri bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

“İyulun 30-da Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələrin beşinci görüşü keçiriləcək”,- bildirilib.