“Türkiyə Fələstini dəstəkləmək məsələsində həmrəydir və heç kimin onu təhdid etməsinə imkan verməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin rəhbəri Fahrettin Altun bildirib.
“Türkiyə regionda sülhə sadiq olan dövlətdir. Bununla belə, səbrimizi sınayacaq qədər cəsarətli hər kəs tez bir zamanda qəti şəkildə cavab alacaq. Biz Türkiyə olaraq Fələstin məsələsində həmrəyik”, – bəyanatda qeyd edilib.