Çin Prezidenti Si Cinpin İtaliyanı strateji, sabit və uzunmüddətli əlaqələri inkişaf etdirməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xalq Respublikasının (ÇXR) rəhbəri açıqlamasında bildirib.
“Çin və İtaliya İpək Yolunun bərpasını dəstəkləməli, inkişaf etdirməli, ikitərəfli münasibətlərə tarixi, strateji, uzunmüddətli perspektivlərdən baxmalı, Çin-İtaliya münasibətlərinin sabitliyi və uzunmüddətli inkişafına kömək etməlidir”, – Cinpin qeyd edib.