Fələstin Milli və İslami Qüvvələr Komitəsi Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq təmas xətlərində ümumi tətil və etiraz aksiyaları keçirməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
“Milli lider İsmayıl Haniyənin öldürülməsi, beynəlxalq ictimaiyyətin müharibəni dayandıra bilməməsi, işğalçıları törətdikləri cinayətlərə görə mühakimə etməmək qəbuledilməzdir. Sionist dövlətin terroru, soyqırımı davam edir”, – bəyanatda qeyd edilib.