Polşa hakimiyyəti Belarusla sərhəddə Birinci Legion Piyada Diviziyasının mexanikləşdirilmiş briqadasını yerləşdirmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat yayıb.
Qeyd edilib ki, Birinci Legion Piyada Diviziyası Polşa ordusunda beşinci taktiki birləşmə olacaq və hər birində dörd batalyon olmaqla dörd briqadadan təşkil ediləcək.