Xəbərlər

İsveç və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlığı gücləndirib

İsveçin energetika və sənaye naziri Ebba Buş və ABŞ-ın energetika naziri Cennifer Qranholm Vaşinqtonda nüvə enerjisi sahəsində ikitərəfli əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsveç hökuməti məlumat yayıb.

“İsveç və Birləşmiş Ştatlar indi nüvə enerjisi sahəsində əməkdaşlıq edəcəklər. Bu iş yerlərinin artması və rəqabət qabiliyyətinin güclənməsi baxımından həm İsveç, həm də ABŞ üçün çox yaxşıdır”, – məlumatda qeyd edilib.