“İsrail jurnalistlərin öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirmələrini təmin etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü Kris Allan söyləyib.
“Beynəlxalq humanitar hüquq münaqişə bölgələrində çalışan jurnalistlərin müdafiəsini təmin edir. Buna görə də İsrail jurnalistlərin öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirmələrini təmin etməlidir”, – sözçü bildirib.
O qeyd edib ki, Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iyulun 31-nə qədər Qəzzada öldürülən jurnalistlərin sayının 111 olduğunu bildirsə də, hökumətin Qəzzadakı Media Ofisi oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayını 165 olaraq göstərib.