Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdə məruz qaldığı hadisə ilə əlaqədar Pakistanda cümə günü bir günlük matəm elan edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.
“Pakistan İsrailin Haniyəyə qarşı sui-qəsdini qəti şəkildə pisləyir. İsrailin Fələstində davam edən vəhşiliyi ilə bağlı beynəlxalq ictimaiyyətin susması ciddi narahatlıq doğurur”, – Pakistan Nazirlər Kabinetinin rəhbəri bildirib.