Xəbərlər

Lukaşenko: Belarus müharibə istəmir, lakin özünü müdafiə etməyə hazırdır

“Belaruslulara müharibə lazım deyil, lakin hadisələr mənfi istiqamətdə inkişaf edərsə, onlar hər zaman öz torpaqlarının müdafiəsinə qalxmağa hazırdırlar”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Minlərlə insan müharibədə ölür. Əlimizə silah alıb torpağımızı müdafiə edəcəyik, amma biz müharibə istəmirik”, – Lukaşenko qeyd edib.