Xəbərlər

Türkiyə və Ukrayna müdafiə nazirləri arasında danışıqlar olub

Ankarada Türkiyə və Ukraynanın müdafiə nazirləri Yaşar Gülər ​​və Rüstəm Umerov arasında danışıqlar aparılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Umerovun Türkiyəyə səfəri çərçivəsində avqustun 1-də Ukrayna Hərbi Dəniz Qüvvələri üçün alınan ikinci gəmi – “Getman İvan Vıqovski”nin suya buraxılması mərasimi də keçirilib.