Xəbərlər

Kim Çen İn Şimali Koreyanın müdafiəsini gücləndirməyə çağırıb

Şimali Koreya lideri Kim Çen İn ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib, eyni zamanda Vaşinqtonla danışıqların mümkünlüyünü istisna etməyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Həm danışıqlar, həm də qarşıdurma bizim seçimimiz ola bilər, lakin biz qarşıdurmaya hərtərəfli hazır olmalıyıq”, – Kim Çen In deyib.

Onun sözlərinə görə, ABŞ-la son 30 il qarşılıqlı əlaqə KXDR hakimiyyətini bu qənaətə gətirib. Mövcud yanaşma ABŞ-a qarşı siyasətin əsasını təşkil edir.

“Bir daha vurğulayıram istənilən halda, hətta bizi danışıqlar və ya qarşıdurma gözləsə belə, güclü hərbi qüvvələrə sahib olmaq suveren dövlətin borcudur və bunu heç kimə güzəştə getmək olmaz”, – Kim Çen İn bildirib.

Həmçinin o qeyd edib ki, administrasiyadan asılı olmayaraq KXDR-ə qarşı “ABŞ düşmənçiliyi” davam edir və bu artıq müdafiə gücünün davamlı olaraq artırılması zərurətindən xəbər verir.