Tacikistan və İran avqustun 10-dan ümumi xarici pasport sahibləri üçün vizasız rejim tətbiq edəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“2024-cü il avqustun 10-dan etibarən Tacikistan və İran İslam Respublikası hökumətləri arasında ümumi xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında Anlaşma Memorandumu qüvvəyə minəcək”, -məlumatda qeyd edilib.