Danimarka F-16 qırıcılarının ilk partiyasını Ukraynaya çatdırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Danimarka müdafiə naziri Troels Lund deyib.
O qeyd edib ki, bu addım Ukraynanın döyüş imkanlarının artırılması və hava qüvvələrinin modernləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Danimarka Silahlı Qüvvələri ukraynalı pilotlara F-16-lardan istifadə etmək üçün təlim keçirir”.