Xəbərlər

Avstraliya İngiltərədəki vətəndaşlarına xəbərdarlıq edib

Avstraliya keçən həftə İngiltərədə başlayan və bütün ölkəyə yayılan ifrat sağçı qrupların zorakı hərəkətləri səbəbilə vətəndaşlarına çox diqqətli olmaları və etirazların keçirildiyi ərazilərdən uzaq durmaları barədə xəbərdarlıq edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Mümkün iğtişaşlar və zorakılıq səbəbindən etiraz aksiyalarının keçirildiyi ərazilərdən uzaq durun”, – məlumatda bildirilib.

Xəbərdarlıqda avstraliyalılara hadisələr zamanı baş verə biləcək terror təhlükəsi səbəbindən çox diqqətli olmaları tövsiyə edilib və hadisələrə, Şimali İrlandiyada vəziyyətə, eləcə də təhlükələrə qarşı ayıq-sayıq olmağa çağırış edilib.