Xəbərlər

İsrail Ordusu Təl-Əvivə əlavə xilasetmə bölmələri yerləşdirib

İsrail Müdafiə Qüvvələri (IDF) Təl-Əvivdə və ölkənin digər mühüm şəhərlərində əlavə xilasetmə bölmələri yerləşdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Təl-Əvivdə yerləşən “Yad Eliyahu” stadionunda axtarış-xilasetmə qrupları və xüsusi texnika yerləşdirilib. Bu tədbir İrandan mümkün hücuma hazırlıq çərçivəsində görülüb, bu bölmələr yaşayış binalarının mümkün dağıdılması zamanı dağıntıların təmizlənməsi işlərində istifadə ediləcək və xilasetmə əməliyyatlarını həyata keçirəcək.