Xəbərlər

ABŞ öz məhsullarını Rusiyaya ixrac edən Türkiyə şirkətlərinə məhdudiyyətlər qoya bilər

ABŞ tərəfi Rusiyaya Amerika mallarını ixrac etdiyinə görə, türk şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edə biləcəyini bildirib.

“Füyuzat” ın məlumatına görə, bu barədə ABŞ ticarət katibinin köməkçisi Metyu Akselrod bildirib.

“Türkiyə bizə Amerika texnologiyalarının Rusiyaya qeyri-qanuni axınının qarşısını almağa kömək etməlidir. Biz bu məsələ ilə bağlı Türkiyənin səlahiyyətli orqanlarından və sənayesindən əməli tədbirlər görmək istəyirik. Əks halda, bizim Türkiyəyə məhdudiyyətlər tətbiq etməkdən başqa çarəmiz olmayacaq”, – Metyu Akselrod söyləyib.