Xəbərlər

İran: Avropanın İsrailə dəstəyi bütün diplomatik yolları bağladı

“İran xarici işlər nazirinin müavini Əli Baqiri bildirib ki, bəzi Avropa ölkələri İsrailin bölgədəki təcavüzünü pisləməyərək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Təl-Əvivə qarşı təsirli və çəkindirici qərarlar qəbul etməsinə mane olmaqla faktiki olaraq bütün diplomatik yolları bağlayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu vəziyyət Təl-Əvivdəki cinayətkar dəstənin təkəbbürünün artmasına, bölgədə gərginlik və etibarsızlığın yayılmasına səbəb oldu”, – məlumatda qeyd edilib.