Xəbərlər

Litva Rusiya və Belarusiya sərhədlərinə müdafiə vasitələri göndərib

Litva Rusiya və Belarusla sərhədlərə tank əleyhinə “Kirpi”, “Əjdaha dişləri” və digər müdafiə vasitələri göndərib.

“Füyuzat”ın məlumatına görə, bunu Litvanın müdafiə naziri Laurinas Kasciunas deyib.

Qeyd edilib ki, müdafiə vasitələrinin saxlanılacağı ilk bazanın açılışı avqustun 22-nə planlaşdırılıb. Sentyabrdan isə Rusiya Federasiyasının Kalininqrad vilayəti və Belarusla sərhədində istehkamların tikintisinə başlanılacaq.